21:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Mirasda məcburi pay anlayışı və məcburi pay almaq hüququndan məhrumetmə.
 
 
Mülkiyyət münasibətlərinin əmələ gəlməsinin ən geniş yayılmış üsullarından biri vərəsəlik hesab edilir. Vərəsəlik mülkiyyətlə birlikdə vətəndaş cəmiyyətinin əsas ideya və prinsiplərini xarakterizə edən hadisələrdir. Vərəsəlik cəmiyyətdə ictimai-faydalı funksiya yerinə yetirən sosial fenomen olub, vacib rola və təyinata malikdir. 
Bəs vərəsəlik hüququ nədir? Vərəsəlik hüququ, ölən şəxsin miras əmlakının aqibətini tənzimləyən hüquq sahəsidir. Başqa sözlə desək, vərəsəlik hüququ miras qoyanın əmlakının digər şəxslərə kåçməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən hüquq normalarının məñmusudur.
28 dekabr 1999-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən və hazırda qüvvədə olan Mülki Məcəllənin onuncu bölməsi vərəsəlik hüququna həsr edilmişdir və bu bölmədə vərəsəliklə bağlı münasibətlər öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Ölmüş şəxsə mülki qanunvericilikdə miras qoyan, onun hüquq və vəzifələrinin keçdiyi şəxsə və ya şəxslərə, yəni onları qəbul edən şəxsə və ya şəxslərə vərəsə (vərəsələr), miras qoyanın öldüyü məqamadək malik olduğu hüquq və vəzifələrin məcmusuna isə miras əmlak deyilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları qanun üzrə vərəsəlik zamanı vərəsələr ola bilərlər. Miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr ola bilərlər.
Qanunvericiliyə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi vərəsə (mirasdan məcburi pay almaq hüququ olan vərəsə) rolunda yalnız birinci növbə üzrə vərəsələr sırasına daxil olan şəxslər çıxış edə bilərlər, başqa sözlə nə ikinci, nə üçüncü və s. növbə üzrə vərəsələr tərkibinə aid edilən şəxslər məcburi vərəsə ola bilməzlər.
Mirasda məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Yəni məcburi pay miras əmlakın elə bir hissəsidir ki, məcburi vərəsələr vəsiyyət sərəncamının vasitəsi və köməyi ilə həmin paydan məhrum edilə bilməz. Əgər məcburi vərəsələr məcburi paydan məhrum edilərsə, onda vəsiyyət sərəcamının həmin hissəsi etibarsız hesab ediləcəkdir. Qeyd olunmalıdır ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. 
Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.
Bəzən miras qoyanın (vəsiyyət edənin) əmlakı vəsiyyət tapşırığını yerinə yetirməkdən ötrü nəzərdə tutulur. Belə ki, vəsiyyət edən miras hesabına hər hansı öhdəliyin müəyyən şəxsin (şəxslərin) xeyrinə icra olunmasını vərəsəyə həvalə edə, yəni tapşıra bilər. Vəsiyyət tapşırığının yerinə yetirilməsi üçün nəzərdə tutulan əmlak növləri məcburi payın həcmi müəyyənləşdirilərkən nəzərə alınır, mirasa daxil edilir. Vəsiyyət tapşırığının icrasının həvalə edildiyi vəsiyyət üzrə vərəsənin məcburi pay almaq hüququ ola bilər. Başqa sözlə desək, vəsiyyət edən öhdəliyin (vəsiyyət tapşırığının) icra olunmasını məcburi pay almaq hüququ olan vərəsəyə tapşırır. O, əgər vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər.
Məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur. Bu zaman məñburi payın həñmi həmin şəxs tərəfindən daxil ådilmiş əmlakın da həñmi nəzərə alınmaqla, müəyyən olunur. Məcburi pay almaq hüququ olan şəxsin məcburi payı qəbul etməkdən imtina etmək hüququ vardır. Bu hal digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Belə ki, onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Bu, onu göstərir ki, məcburi pay qanun üzrə vərəsələrə keçə bilməz. Həmçinin, məcburi payın miqdarı müəyyənləşdirilərkən vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edilən şəxslər də nəzərə alınır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Başqa sözlə desək, məcburi vərəsə qanunla nəzərdə tutulmuş hallarda məcburi pay almaq hüququndan məhrum edilə bilər. Azərbayñan Råspublikası Konstitusiya Məhkəməsi Plånumunun 13 dåkabr 2011-ñi il tarixli qərarı ilə müəyyən ådilir ki, Azərbayñan Råspublikası Mülki Məñəlləsinin 1203.1-ñi maddəsinin "vərəsəlik hüququndan məhrumåtməyə səbəb olan hallar" müddəası bu Məñəllənin 1137 (ləyaqətsiz vərəsə) və 1138-ñi (vərəsə ola bilməyən validåynlər) maddələrində göstərilən halları əhatə ådərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da åhtiva ådir. Ləyaqətsiz vərəsə, yəni, vəsiyyət edənə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs məcburi vərəsə ola bilməz. Belə hallarda o, məcburi pay almaq hüququnu itirir. 
Vərəsə valideynlik hüquqlarından məhrum edildikdə də məcburi pay ala bilməz. O, vərəsə ola bilməyən valideyn kateqoriyasına aiddir. Buna görə də həmin valideyn məcburi vərəsə kimi tanınmır. 
Məhkəmə qaydasında da vərəsə məcburi pay almaq hüququndan məhrum edilə bilər. Belə ki, miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət edir. Kifayət qədər əsaslar olduqda məhkəmə vərəsəni məcburi pay almaq hüququndan məhrum etmə barədə qərar qəbul edir. Həmin qərar mirasın açıldığı andan qüvvəyə minir.
 
25.01.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).