"2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılmasının təmin edilməsi məqsədilə qərara alıram: 1. "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edilsin. 2. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icra barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV Naxçıvan şəhəri, 28 yanvar 2021-ci il 2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı 1. Giriş Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosialiqtisadi islahatlar dayanıqlı inkişafı və məşğulluğu təminetmiş, yeni iş yerləri açılmış, əhalinin rifahı yüksəlmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası müddətində muxtar respublikada 12479 yeni iş yeri açılmış, 14699 işaxtaran mövcud vakansiyalar üzrə işlə təmin edilmiş,əmək bazarının tələbinə uyğun olaraq təşkil olunan peşəkurslarını 16602 nəfər bitirmişdir. Sosial cəhətdən həssasəhali qruplarının məşğulluqda iştirak payı da yüksəldilmiş,özünüməşğulluq proqramına 595 ailə cəlb edilmişdir. Yeni iş yerlərinin yaradılması üçün sahibkarlığın inkişafına dövlətdəstəyi davam etdirilmiş, 381 yeni istehsal və xidmət sahələri yaradılmışdır. 2021-2025-ci illəri əhatə edəcək yeni proqram da muxtar respublikada əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edəcəkdir. 2. Proqramın məqsədi Proqramın məqsədi aşağıdakılardan ibarətdir: - əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olunması; - yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin edilməsi; - əmək bazarında real vəziyyətin təhlil edilməsi və tələbata uyğun kadr hazırlığının aparılması; - sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsi. 3. Gözlənilən nəticələr Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir: - əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi; - əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması, özünüməşğulluq imkanlarının genişləndirilməsi. 4. Dövlət Proqramının maliyyələşdirilməsi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər dövlət büdcəsinin vəsaitləri, o cümlədən qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. 29.01.2021
|