3:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrə başçəkmlər 2021-ci ilin yanvar ayı ərzində davam etdirilib.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanuna uyğun olaraq Müvəkkil muxtar respublikada preventiv mexanizmin funksiyalarını 2021-ci ilin yanavr ayı ərzində davam etdirib.
Başçəkmələr cədvəlinə uyğun olaraq, cari ilin yanvar ayı ərzində Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrdə, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində və Naxçıvan Qarnizon Hauptvaxtında əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirib.
Başçəkmələr zamanı Ombudsmanın Preventiv Qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, bütün kameralara baxış keçirilib, qida təminatı, tibbi xidmətin və asudə vaxtın təşkili, görüş, telefon danışığı və digər hüquqların beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin saxlanılan şəxslərlə kollektiv və təkbətək, konfidensial şəkildə həyata keçirilən görüş zamanı onlara Müvəkkilin səlahiyyətləri və müraciət etmə qaydası, Müvəkkilin preventiv mexanizm funksiyaları, həmçinin onların hüquq və vəzifələri izah edilib və hüquqi məsləhətlər verilib.
Qeyd etmək lazımdır ki, başçəkmələrin həyata keçirildiyi müəssisələrdə saxlanılan şəxslərin, o cümlədən məhkumların hüquq və azadlıqlarının təmin olunması, onların islah olunması və gələcəkdə cəmiyyətə adaptasiyası məqsədilə beynəlxalq standartlara uyğun hərtərəfli şərait yaradılıb və bu müəssisələr müasir avadanlıqlarla təchiz olunub.
 
        30.01.2021
 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).