11:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Yanvar ayı ərzində bir sıra sosial müəssisələrə başçəkmələr həyata keçirilib.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanuna uyğun olaraq Müvəkkil muxtar respublikada sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə bir sıra sosial müəssisələrə başçəkmələri 2021-ci ilin yanavr ayı ərzində də davam etdirib.
Başçəkmələr cədvəlinə uyğun olaraq, cari ilin yanvar ayı ərzində Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ordubad şəhər tam orta İnternat məktəbində, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində və Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olub.
Başçəkmələr zamanı Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən əhalinin müxtəlif sosial qruplarının saxlanma şəraiti ilə bağlı müəssisələrinin palata və şöbələrinə, yataq və tibb otaqlarına, siniflərə, yeməkxanalarına, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin və asudə vaxtın təşkili və digər hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin başçəkmələr zamanı saxlanılan şəxslərlə kollektiv və təkbətək hüquqi maarifləndirici söhbətlər aparılıb, Müvəkkilin səlahiyyətləri və müraciət etmə qaydası, Müvəkkilin preventiv mexanizm funksiyaları, hüquq və vəzifələri izah edilib və hüquqi məsləhətlər verilib.
Qeyd etmək lazımdır ki, başçəkmələrin həyata keçirildiyi sosial müəssisələrdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə hərtərəfli şərait yaradılıb, bu müəssiələr ən müasir texnoloji yenilikləri özündə birləşdirən tibbi cihaz və avadanlıqlarla təhciz olunub.
 
          30.01.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).