19:21 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi D.Y.Səfərovun vəzifəsinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
 
 
Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alıram:
1. Daşqın Yaqub oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2021-ci il
 
* * *
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilmişdir. Təyin edilənlər arasında Naxçıvan Muxtar Respublikası birinci instansiya məhkəmələrinin hakimləri də vardır.
 
Orucəliyev Abil Elmar oğlu
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin;
 
İsmayıl Günay Mikayıl qızı
Babək Rayon Məhkəməsinin;
 
Əliyeva Gülsüm Kamal qızı
Naxçıvan Şəhər Məhkəməsinin
hakimi təyin edilmişlər.
 
04.02.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).