15:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

2021-ci il üçün elm və mədəniyyət sahələrində Naxçıvan Muxtar Respublika mükafatlarının verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı.
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddə­sinin II his­sə­sinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. 2021-ci il üçün elm və mədəniyyət sahələri üzrə Naxçıvan Muxtar Respublika mükafatları aşağıdakı şəxslərə verilsin:
 
Elm sahəsi üzrə:
Məmmədova Mətanət Elmixan qızı - "Naxçıvan blokadası­" ikicildliyi kitabına görə
 
Mədəniyyət sahəsi üzrə:
Alıyev Nizami İsgəndər oğlu -"Gəmiqaya qayaüstü rəsmləri" kitabına görə
 
2.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV
 
Naxçıvan şəhəri, 08 fevral 2021-ci il
 
   08.02.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).