10:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmələr fevral ayı ərzində də davam etdirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Preventiv mexanizm qrupu Naxçıvan Muxtar Respublikası ərazisində azadlıqdan məhrum etmə yerlərində, müvəqqəti saxlama təcridxanalarında, o cümlədən müvafiq sosial obyektlərdəki saxlanma şəraitini və vəziyyəti daim diqqətdə saxlayır, bu müəssisələrdə müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələri həyata keçirirlər. 
Buna uyğun olaraq cari ilin fevral ayı ərzində Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək Rayon Polis Şöbəsində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.
Başçəkmə zamanı saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, bütün kameralara baxış keçirilib, qida təminatı, tibbi xidmətin və asudə vaxtın təşkili, görüş, telefon danışığı və digər hüquqların beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib. 
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməyib.
 
                 27.02.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).