5:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 275-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
 
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 275-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 1, maddə 90, ¹ 11, maddə 1719; 2020, ¹ 8, maddə 1039, ¹ 12 (I kitab), maddə 1479) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 7.4.7-ci yarımbəndindən "Şərur rayonunun" sözləri çıxarılsın və həmin yarımbəndə "Kərimbəyli" sözündən sonra "(Şərur rayonu)" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 275-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
 
Azərbaycan Respublikasının Prezidenti
  İlham Əliyev
 
Bakı şəhəri, 13 mart 2021-ci il.
  
   15.03.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).