Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin publik hüquqi şəxsə çevrilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilsin. 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsində qeyd olunan publik hüquqi şəxsin nizamnaməsini və ştat strukturunu təsdiq etsin; 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri VASİF TALIBOV Naxçıvan şəhəri, 19 mart 2021-ci il 19.03.2021
|