16:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı.
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılması məqsədilə qərara alıram:
1. "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı" təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versinlər.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 
VASİF TALIBOV
 
Naxçıvan şəhəri, 29 mart 2021-ci il
 
  29.03.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).