18:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan tarixi abidələr diyarıdır.
 
 
1982-ci ildən UNESCO-nun qərarı ilə hər il aprelin 18-i dünyada "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" kimi qeyd olunur.
Azərbaycan bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdəndir. Bu səbəbdən də xalqımızın tarixi qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapmışdır. Əcdadlarımızın yadigarı olan abidələr xalqın keçmişinin, qədim mədəniyyətinin göstəricisi, minilliklərboyu bu torpaqlarda yaşadıqlarını sübut edən daş yaddaşıdır.
Tarix və mədəniyyət abidələrini xalqımızın milli sərvəti hesab edən ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görmüş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcu kimi təsbit olunmuşdur. Bundan əlavə, 1998-ci il 10 aprel tarixində qəbul edilən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununda abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi və mühafizəsi öz əksini tapmışdır.
Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə tarixi abidələrimizin bərpası, qorunması və tədqiqi mühüm tədbirlər sırasına çəkilmişdir. Bir sıra tarixi abidələrimiz YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır. Milli mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Pro­qramı" təsdiq edilmişdir.
 
Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan min illərin tarixini yaşadan qədim yaşayış yerləri baxımından səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən bir məkan kimi tanınmışdır. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək demişdir: "Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidə­lərdir".
Diyarımızın ərazisindəki mağaralar, qalalar, yaşayış yerləri, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr bu torpaqda tarixin və mədəniyyətin qədimliyini göstərir. Gəmiqaya abidəsi Naxçıvanın ilkin yaşayış məskəni olmasını elmi və tarixi əsaslarla təsdiq etməklə xalqımızın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyət nümunələrini bu günə daşıyan əvəzsiz tarixi abidədir. Gəmiqaya daşları üzərində həkk olunmuş müxtəlif kompozisiyalı təsvirlər, həndəsi işarələr, piktoqrafik yazılar əcdadlarımızın dünyagörüşünün və təsəvvürlərinin, yaşam tərzinin tariximizin minilliklərin dərinliyindən bu günə çatdırılması baxımından dəyərli mənbələrdir. Naxçıvan ərazisində mövcud olan Qazma mağarası, "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Kilit mağarası, I və II Kültəpə, Xaraba Gilan, Quyulu dağ, Qarabağlar Türbə Kompleksi, Möminə xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Əlincə qalası, Qızılburun, Qızqala, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Duzdağ, Batabat, Babək qalası, Dəvəboynu və yüzlərlə başqa abidələr keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır.
 
 
Son illərin araşdırması göstərir ki, Naxçıvan bəşəriyyətin əsas sivilizasiya mərkəzlərindən biri olmuşdur. Muxtar respublikanın ərazisi müxtəlif dövrlərə aid maddi mədəniyyət abidələri ilə zəngindir. Diyarımızın bolsulu çayları, münbit torpaqları, əlverişli coğrafi mövqeyi, metal və qeyri-metal yataqları qədim əkinçi-maldar tayfaların bu ərazidə erkən məskunlaşmasını təmin etmişdir. Bu ərazi hələ Daş dövründən məskunlaşdırılmış, qədim əkinçilik mədəniyyətlərinin əsası qoyulmuşdur. Araşdırmalar təsdiq ådir ki, Nàõçıvànın indiki əhàlisi min illər bundàn əvvəl bu əràzidə məskən sàlàn qədim tàyfàlàrın vàrisləridir.
Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında" 2001-ci il 26 aprel tarixli Sərəncamına uyğun olaraq Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" 2005-ci il 6 dekabr tarixli Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində mühüm mərhələnin əsası qoyulmuş, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Àbidələrin həm qåydə àlınmàsındà, həm də tədqiqində båynəlõàlq åkspådisiyàlàrın üzvləri də iştiràk åtmişdir. Àmerika Birləşmiş Ştatlarının Cîrciyà Univårsitåtinin əməkdàşlàrı ilə I Kültəpə, II Kültəpə, I Màõtà Kültəpəsi, Ovçular təpəsi, Naxçıvantəpə Uçan Ağıl, Oğlanqala, Qızqala və digər abidələrdə qàzıntılàr àpàrılmış, Àrpàçày vàdisində îlàn tàriõ və mədəniyyət àbidələri müştərək àràşdırmàlàrlà öyrənilmişdir. Àràşdırmàlàrın nəticələri ilə bàğlı õüsusi intårnåt sàytı yàràdılmış və bu sàytlardà Nàõçıvànın tarix və mədəniyyət àbidələri hàqqındà məlumàt vårilmişdir. 2017-ci ildə aşkar olunaraq tədqiq edilməyə başlanılan Naxçıvantəpə yaşayış yeri qədim mədəniyyətimizin, o cümlədən Naxçıvan şəhərinin tarixinin öyrənilməsi üçün önəmli nəticələr vermişdir. Àzərbaycan Milli Ålmlər Àkademiyası Nàõçıvàn Bölməsinin Naxçıvan Dövlət Universitetinin əməkdaşları ilə birlikdə àpàrdığı àràşdırmàlàr zàmànı dünyà və ölkə əhəmiyyətli àrõåîlîji àbidələr, kitàbələr, måmàrlıq àbidələri, î cümlədən înlàrlà hàmàm, körpü və məscidlər qåydə àlınmışdır. Bu àbidələr sırasındà Şərur ràyînundà qåydə àlınàn II Qız qàlàsı, Bàbək ràyînunun Buzqîv kəndi yàõınlığındà àşkàr îlunàn Årkən Tunc dövrünə àid Hîvuzlu yàşàyış yåri, Kəngərli ràyînunun Qàràbàğlàr kəndi yàõınlığındà yårləşən I Bəzəkli, II Bəzəkli, Çàl­õànqàlà kəndi yàõınlığındàkı Qırmızıdàş qàlàlàrı, Îrdubàd ràyînunun Bist və Ələhi kəndlərindəki körpüləri göstərmək îlàr.
 
 
Abidələr təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda maddi mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Son illər qədim diyarımızda 70-dən artıq abidəyə ikinci həyat verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında", 2010-cu ildə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında", 2013-cü ildə "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında", 2014-cü ildə "Culfa rayonundakı "Əlincəqala" tarixi abidəsinin bərpa edilməsi haqqında", 2015-ci ildə "Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında", 2016-cı ildə "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" imzaladığı sərəncamlar tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamı, Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadə, Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə Kompleksi, XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsü bərpa olunmuşdur. Ötən il Naxçıvan şəhərində yerləşən XII əsrə aid Yusif Küseyir oğlu türbəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı ilə əsaslı şəkildə bərpa edilmişdir. Bundan başqa, son illərdə qədim diyarımızda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa olunaraq istifadəyə verilmişdir.
Abidələrimizin tədqiqi və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində də muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə "Uluslararası qaynaqlarda Naxçıvan", 2009-cu ildə "Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan", 2011-ci ildə "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi", 2012-ci ildə "Naxçıvan: ilkin şəhər və Duzdağ", 2016-cı ildə "Naxçıvan qalaları: tarixdə və günümüzdə" mövzularında beynəlxalq simpozium və konfransların keçirilməsi mühüm əhəmiyyət daşımışdır. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparılmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beşminillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Muxtar respublikada aparılan arxeoloji ekspedisiyalarda ABŞ, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrin arxeoloqları iştirak edirlər. Dövlət qayğısının nəticəsidir ki, 2011-2019-cu illərdə Naxçıvan Muxtar Respublikası ərazisində 9 arxeoloji ekspedisiya, o cümlədən iki beynəlxalq ekspedisiya işləmişdir. Tədqiqat işlərinin nəticələri "Tüba-Ar", "Anatolia Antiqua", "Rossiy­skaya arxeoloqiya", "İranica Antiqva" və sair kimi beynəlxalq əhəmiyyətli jurnallarda dərc edilmişdir. "Tüba-Ar" beynəlxalq dərgisində və Fransanın 16-dan artıq kütləvi informasiya vasitələrinin məlumatlarında Duzdağ dünyanın ən qədim duz mədəni kimi tanıdılmışdır.
Muxtar respublikamızdakı abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. 2008-ci ildə "Naxçıvan Abidələri Ensiklopediyası"nın nəşr edilməsi yalnız Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər nəşr olunan "Naxçıvan tarixi atlası", "Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan", "Naxçıvanda arxeoloji tədqiqatlar", "Naxçıvan tarixi" çoxcildliyi, "Gülüstan türbəsi", "Əlincəqala", "Qarabağlar türbəsi", "Naxçıvan imamzadələri", "Naxçıvan hamamları", "Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas", "Naxçıvan - türk-islam mədəniyyəti abidələri" və başqa çoxsaylı kitablar bu sahədə görülən işlərin ardıcıllığını göstərir. 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Naxçıvandakı türk-islam mədəniyyəti abidələri ilə bağlı mühüm işlər görülmüş, "Naxçıvan buzxanaları", "Naxçıvan hamamları", "Naxçıvan türbələri" və digər kitablar nəşr edilmiş, "Naxçıvan: türk-islam mədəniyyəti" televiziya filmi çəkilmişdir.
Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır.
Muõtàr råspublikànın əràzisi müõtəlif dövrlərə àid tàriõ və mədəniyyət àbidələri ilə zəngindir. Nàõçıvàn Yàõın Şərqdə måydànà çıõàn bir çîõ mədəniyyətlərin, î cümlədən Dalmatəpə, Kür-Àràz və Bîyàlı qàblàr mədəniyyətinin båşiyidir. Bu àbidələr Àzərbàycàn türklərinin qədim dövrdən Nàõçıvànın yårli əhàlisi îlduğunu təsdiq ådən əvəzådilməz màddi mədəniyyət nümunələridir. Tàriõ və mədəniyyət àbidələrinin tədqiqi àlimlərimizin, înlàrın qîrunmàsı isə ümum­õàlq işidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: "Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar".
 
Vəli BAXŞƏLİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya 
İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü
 
 
19.04.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).