4:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın kollektivi Cəlil Məmmədquluzadənin ev-muzeyində olub.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Sərəncamın icrasına uyğun olaraq, aprelin 24-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) kollektivi görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində olub.



Muzeylə tanışlıq zamanı Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin ümummilli lider Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradıldığı, 13 oktyabr 1999-cu ildə ulu öndərin iştirakı ilə istifadəyə verildiyi, burada ədibin həyat və yaradıcılığına aid eksponatların qorunub saxlandığı, muzeyin son illər dövlət qayğısı hesabına yeni eksponatlarla zənginləşdiyi bildirilib.
Muzeydə nümayiş olunan görkəmli yazıçıya və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən Cəlil Məmmədquluzadənin əsərləri, "Molla Nəsrəddin" jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid sənədlər və digər qiymətli eksponatlar Təsisatın əməkdaşları tərəfindən maraqla izlənilib.
Sonra Ombudsmanın kollektivi muzeyin eksponatları ilə yaxından tanış olub.
 
26.04.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).