21:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikamızda ahıl insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
 
Muxtar respublikada sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Belə ki, sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Müvəkkilin Preventiv qrupu cari ilin aprel ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Ahıllar evi"ndə olub.
Başçəkmə zamanı ahıl vətəndaşlar üçün yaradılan şərait, qida təminatı, tibbi xidmətin və digər hüquqların qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin, başçəkmə çərçivəsində ahıl vətəndaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanunun tələbləri, Müvəkkilin səlahiyyətləri və müraciət etmə qaydası, Müvəkkilin hüquq və vəzifələri izah edilib və onlara hüquqi məsləhətlər verilib.
Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
 
30.04.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).