22:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Tarixi ədaləti bərpa edənlər unudulmur.
 
 
"Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq", - deyən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Dövlət-xalq-ordu birliyi 30 il işğal altında olan torpaqların düşmən tapdağından azad edilməsi ilə nəticələndi. Tarixi ədalətin bərpa olunmasında Naxçıvanın igid oğulları da şücaət göstərmişlər.
Mayın 3-də Vətən müharibəsi zamanı itkin düşən şəhidimiz Yusifov Əli Süləddin oğlunun cənazəsi muxtar respublikaya gətirilmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, hərbçilər və şəhidin ailə üzvləri tədbirdə iştirak etmişlər.
Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.
Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
 
Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildirdilər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.
Sonra "Qurani-Kərim"dən ayələr oxundu, şəhid cənazəsinin önündən keçildi.
Şəhidin cənazəsi doğulduğu kəndə yola salındı.
Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
04.05.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).