4:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş.
 
Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşmüşdür.
 
 
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələri diqqətə çatdırmışdır. Muxtar respublikanın 23 məktəbində fransız dilinin tədris olunduğunu bildirən Ali Məclisin Sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən Naxçıvanda aparılan tədqiqatlardan bəhs etmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətəni Naxçıvana səfərindən məmnunluğunu bildirən Zakari Qros səmimi qəbula görə minnətdarlıq etmişdir. Səfir ölkələrimiz arasındakı münasibətlərin uzaq keçmişə dayandığını bildirmiş, Fransanın Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin əhəmiyyətini vurğulamışdır.
 
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
19.05.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).