19:35 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Açıq məlumatın əldə edilməsi yolları hansılardır.?
 
"Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən açıq məlumatın əldə edilməsi - internet informasiya ehtiyatları vasitəsilə, rəsmi nəşrlərlə, kütləvi informasiya vasitələrinin yayılması ilə, kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə, fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə və qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla təmin edilir.
 
 
Açıq məlumatın alınması qaydası və şərtləri "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.
 
 
 
24.05.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).