21:17 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasında dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
 
 
Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidmətinin (bundan sonra - Xidmət) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən ordu, hissə və birləşmələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin.
2. Müəyyən edilsin ki:
2.1. dövlət icbari şəxsi sığortası sahəsində uçotun aparılması, sığorta haqlarının ödənilməsinə nəzarət, sığorta ödənişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə verilməsi, sığorta ehtiyatlarının yaradılması, artırılması, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsi Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) tərəfindən həyata keçirilir;
2.2. dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqları (bundan sonra - sığorta vəsaiti) Fondun xüsusi xəzinə hesabında toplanır;
2.3. sığorta vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:
2.3.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;
2.3.2. sığorta ehtiyatının yaradılmasına;
2.3.3. müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;
2.4. sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir;
2.5. sığorta ehtiyatı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklarda depozitə yerləşdirilir;
2.6. 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Xidmət həyata keçirir.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan səlahiyyətlərin Fonda verilməsi ilə əlaqədar Fond və Xidmət müvafiq sənədlərin və məlumatların 2021-ci il dekabrın 31-dək təhvil-təslim işlərini təmin etsinlər.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
VASİF TALIBOV
 
Naxçıvan şəhəri, 24 may 2021-ci il
 
24.05.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).