2:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
 
Muxtar respublikada sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Belə ki, sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Müvəkkilin Preventiv qrupu cari ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olub.
Başçəkmə zamanı Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılan şərait, qida təminatı, tibbi xidmətin və digər hüquqların qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin, başçəkmə çərçivəsində işçi heyyətlə hüquqi maarifləndirici söhbət aparılıb, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanunun tələbləri, Müvəkkilin səlahiyyətləri və müraciət etmə qaydası, Müvəkkilin hüquq və vəzifələri izah edilib və onlara hüquqi məsləhətlər verilib.
 
29.05.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).