Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasının çağırılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: I.Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası 2021-ci il iyul ayının 8-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın. II.Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin: 1.2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2.Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi III.Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV Naxçıvan şəhəri, 5 iyul 2021-ci il 06.07.2021
|