9:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman təsisatında 2021-ci ilin birinci yarısında görülmüş işlər müzakirə edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
 
İyulun12-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında 2021-ci ilin 6 ayının yekunlarına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış beşinci sessiyasında qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova giriş sözü ilə açaraq bildirib ki,muxtar respublikanın yüksələn iqtisadi inkişafı, hər bir sosial qrupa ünvanlanmış sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin rifah halının getdikcə yaxşılaşmasına, nəticə etibarilə insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinin davamlı inkişafına geniş imkanlar yaradıb. Hesabat dövrü ərzində muxtar respublikada yaradılmış imkanlardan istifadə edilərək vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər uğurla davam etdirilib.
 
 
Qeyd olunub ki, cari ilin ötən dövründə təsisat fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, aid dövlət və yerli özünüidarə orqanları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub.
Ombudsman Ülkər Bayramova bildirib ki, hesabat dövrü ərzindəinsan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib. Ərizəçilər tərəfindən Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada daxil olan müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və bütün müraciətlər vaxtında cavablandırılıb.
Vurğulanıb ki, cari ilin birinci yarısında dasəmərəli hüquq müdafiə mexanizmi kimi formalaşan Müvəkkil təsisatı tərəfindən preventiv mexanizm funksiyasının icrası təmin edilib,preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 23 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 38 başçəkmə həyata keçirilib.Başçəkmələr zamanı saxlanma şəraiti, işçi heyətinin rəftarı, qida rasionu, qidanın keyfiyyəti, tibbi xidmətin vəziyyəti, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılıb, saxlanılan şəxslərlə görüşlər keçirilib, onlarla ümumi və fərdi söhbətlər aparılıb, hüquq və vəzifələri izah edilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların barəsində humanist cəza siyasətinə əsaslanan tədbirlərin uğurla davam etdirilməsi onların islah edilmə prosesinin sürətlənməsini, normal sosial faydalı həyata adaptasiya olunmasını və bu sosial qrupdan olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsini təmin edib.
Bununla yanaşı muxtar respublikada əhalinin müxtəlif sosial qruplarına bərabər imkanların yaradılması, onların hüquq bərabərliyinin davamlı təmin edilməsi daim diqqətdə saxlanılıb və bu istiqamətdə tədbirlər uğurla davam etdirilib.
Ombudsman Ülkər Bayramova hesabat dövründə Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yeniləndiyini, qanunvericilik bazasının zənginləşdirildiyini, vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları üçün hüquqi maarifləndirmə işinin kütləvi informasiya vasitələrində təşkilinə xüsusi önəm verildiyini vurğulayıb. Qeyd olunub ki, Müvəkkil təsisatı ilə muxtar respublikanın kütləvi informasiya vasitələri arasında mövcud əlaqələr davamlı təkmilləşdirilərək daha da gücləndirilib. Belə ki, Ombudsmanın fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 111, Müvəkkilin rəsmi internet səhifəsində 85, rəsmi feysbuk səhifəsində 63, habelə muxtar respublikamızın müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği ilə bağlı 188, ümumilikdə isə 447 informasiya materialı Müvəkkilin rəsmi internet, feysbuk səhifələrində və digər kütləvi informasiya vasitələrində işıqlandırılıb.
Daha sonra Müvəkkil qarşıda duran vəzifələrdən də danışaraq bildirib ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə beynəlxalq təcrübə mübadiləsi, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə, bu sahədə dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlığını daha da inkişaf etdirməli və mütəmadi olaraq təkmilləşdirməlidir.
 
 
Sonra yığıncaqda məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Babək Hacıyev, Asiman Abbasov və Vahidə Bayramova görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova iclasa yekun vuraraq bildirib ki, təsisat tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsinin etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq,bu sahədə həyata keçirilən tədbirlər bundan sonra da uğurla davam etdiriləcək, həmçinin Müvəkkil təsisatı üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini daha da artıracaqdır.
 
12.08.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).