22:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı.
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının "Qızıl kitabı"na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Əlizadə Nicat Məmməd oğlu - Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi, təhsil sahəsi üzrə
Hümbətova Nazlı Ramin qızı - Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi, şahmat üzrə
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri        Vasif TALIBOV
 
Naxçıvan şəhəri, 12 iyul 2021-ci il
 
12.07.2021
 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).