5:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmələr iyul ayı ərzində də davam etdirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası ərazisində azadlıqdan məhrum etmə yerlərində, müvəqqəti saxlama təcridxanalarında, o cümlədən müvafiq sosial obyektlərdəki saxlanma şəraitini və vəziyyəti daim diqqətdə saxlayır, bu müəssisələrdə müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələri həyata keçirir.
Başçəkmələr cədvəlinə uyğun olaraq, cari ilin iyul ayı ərzində də Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan müəssisələrdə, həmçinin Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan Naxçıvan Qarnizon Hauptvaxtında və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirib.
Başçəkmələr zamanı saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, bütün kameralara baxış keçirilib, qida təminatı, tibbi xidmətin və asudə vaxtın təşkili, görüş, telefon danışığı və digər hüquqların beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin saxlanılan şəxslərlə həyata keçirilən görüşlər zamanı onlara Müvəkkilin səlahiyyətləri və müraciət etmə qaydası, Müvəkkilin preventiv mexanizm funksiyaları, həmçinin onların hüquq və vəzifələri izah edilib və hüquqi məsləhətlər verilib.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməyib.
 
30.07.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).