14:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın kollektivi görkəmli dramaturq Hüseyn Cavidin ev-muzeyində olublar.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Sərəncamın icrasına uyğun olaraq, iyulun 31-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) kollektivi muzey günləri çərçivəsində görkəmli dramaturq Hüseyn Cavidin ev-muzeyində olublar.
 
 
Muzeylə tanışlıq zamanı bildirilib ki, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana - şairin doğma yurdu Naxçıvana gətirilməsi və yaşadığı mənzildə ev muzeyinin açılması ötən əsrin 80-ci illərində ictimai-siyasi mühitdə böyük maraq doğurub, muzeyin son illər dövlət qayğısı hesabına yeni eksponatlarla zənginləşdirilib.
Muzeyin bələdçisi muzey haqqında məlumat verərək diqqətə çatıdırıb ki, muzeydə Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilən "İblis" və 1934-cü ildə çapdan çıxan "Səyavuş" əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulan dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları saxlanılır.
Muzeydə nümayiş olunan görkəmli yazıçıya məxsus şəxsi məişət əşyaları, o cümlədən Hüseyn Cavidin Sibirdə olan məzarının axtarılıb tapılmasını əks etdirən fotolar, divardakı taxçada şairin Sibirdəki qəbrindən götürülmüş torpaq və "Matəm otağı" adlanan otaq Təsisatın əməkdaşları tərəfindən maraqla izlənilib.
Sonra Ombudsmanın kollektivi muzeyin eksponatları ilə yaxından tanış olublar.
 
02.08.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).