8:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Babək rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Avqustun 12-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Babək rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Babək rayon polis şöbəsin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib, bu kimi tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov tutulan və ya həbs edilən şəxslərin həbs yerinə gətirildikdən sonra üçüncü şəxslərə məlumat vermək hüququ barədə çıxış edərək qeyd edib ki, tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətlər "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 22 may 2012-ci il tarixli Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənir.
Vurğulanıb ki, həmin qanuna əsasən tutulmuş şəxs dedikdə, cinayət törətməkdə şübhəli olduğu üçün, ittiham elan etmək üçün, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuş təqsirləndirilən şəxs, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə tutulmuş məhkum başa düşülür.
Qeyd olunub ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq, yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək və qanunda və Daxili intizam qaydalarında nəzərdə tutulmuş qaydada telefon danışıqlarından istifadə etmək hüquqlarına malikdir.
Diqqətə çatdırılıb ki, tutulmuş şəxsin telefonla zəng etmək, həbs edilmiş şəxsin müdafiəçi istisna olmaqla, digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər.
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
12.08.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).