18:17 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikanın cəzaçəkmə müəssisələrində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq avqustun ayının 18-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Taborunda və İstintaq Təcridxanasında hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov və müvafiq müəssisələrin əməkdaşları iştirak edib.
Tədbirləri giriş sözü ilə Penitensiar Xidmətin əməkdaşı Əli Rəhimov açaraq Ombudsman təsisatı ilə bugünədək müxtəlif mövzularda tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin müəssisə əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını diqqətə çatdırıb.
Daha sonra davam etdirilən hüquqi maarifləndirmə tədbirlərində Ombudsmanın əməkdaşı Asiman Abbasov cəzaçəkmə müəssələrində və ya istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əyaların verilməsi, ötürülməsi, həmçinin məhkumlar tərəfindən həmin əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri barəsində tədbir iştirakçılarına məlumat verib.
Məruzəçi qeyd edib ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vurğulanıb ki, cəzaçəkmə müəssisələrində məhkumlara özlərində saxlamağa, əldə etməyə, habelə onlara bağlama və banderollarda göndərilməsinə, sovqatlarda gətirilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsullarının siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.
Daha sonra məruzəçi mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
18.08.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).