12:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Dövlət Yol Polisi İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Dövlət Yol Polisi İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasov, Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Dövlət Yol Polisi İdarəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov açaraq polis əməkdaşlarının hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışıb.
Sonra Ombudsmanın əməkdaşı Asiman Abbasov yol patrul xidməti əməkdaşlarının yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibətləri barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, "Polis haqqında" Azərbaycan Respublikası Qanununa əsasən yol hərəkəti ilə bağlı nəzərdə tutulan vəzifələrin icrasını Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və onun tərkib hissəsi olaraq Yol Patrul Xidməti həyata keçirir. Yol patrul xidməti öz fəaliyyətində "Polis haqqında", "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu və aid digər normativ aktların tələbləri ilə yanaşı "Yol-Patrul Xidməti Haqqında Təlimat"ın tələblərini də əsas tutur.
Məruzəçi qeyd edib ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa və "Yol-Patrul Xidməti Haqqında Təlimat"a əsasən yol patrul xidməti inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır.
Vurğulanıb ki, qanunvericiliyə əsasən yol hərəkətini tənzimləmək, yollarda nəqliyyat vasitələrinin vəziyyətinə nəzarət etmək, qanunla nəzərdə tutulan hallarda nəqliyyat vasitələrinin istismarını qadağan etmək, yol şəraiti hərəkət üçün ciddi təhlükə yarandıqda yol hərəkətini müvafiq qaydada müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək, o cümlədən bu barədə yol hərəkatı iştirakçılarına məlumat vermək, onlara hüquqlarının təmin olunmasında yardım etmək, inzibati xətaların qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək yol patrul xidməti inspektorunun əsas vəzifələrindəndir.
Qeyd olunub ki, qanunvericilikdə bu vəzifələrin müəyyən edilməsi yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil edilməsinə, yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının, ətraf mühitin və mülkiyyət formasından asılı olmayaraq fiziki və hüquqi şəxslərin əmlakının mühafizəsinin təmin edilməsinə, yol nəqliyyat hadisələrinin qarşısının alınmasına, onların ağırlıq dərəcələrinin aşağı salınmasına, o cümlədən yol polisinin fəaliyyətinin qanunvericiliyə uyğun qurulmasına xidmət edir.
Daha sonra məruzəçi yol patrul xidməti əməkdaşları ilə yol hərəkəti iştirakçılarının qarşılıqlı münasibətlərinin hüquqi tənzimlənməsinə dair mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
19.08.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).