Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası necədir.? Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda - 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda - 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə Əmək Məcəlləsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir. 20.08.2021
|