2:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti" publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
 
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin və Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin əsasında "Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti" publik hüquqi şəxsi yaradılsın.
2. "Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti" publik hüquqi şəxsin Nizamnaməsi" təsdiq edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
VASİF TALIBOV
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
 
Naxçıvan şəhəri, 2 sentyabr 2021-ci il
 
 
http://serqqapisi.az/index.php/enzhlishhh/32212-nakhdzh-van-mukhtar-respublikas-n-n-doevlaet-naezhliyyat-khidmaeti-publik-huzhuzhi-shaekhsin-yarad-lmas-hazhzh-nda-nakhdzh-van-mukhtar-respublikas-ali-maedzlisi-saedrinin-faerman.html  













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).