18:25 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəqqəti Saxlama Yerində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Senytabr ayının 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müvəqqəti Saxlama Yerində hüquqi maarifləndirmə tədbiri keçirilib. Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Səid Babayev və Müvəqqəti Saxlama Yerinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Daxili İşlər Nazirliyinin əməkdaşı Səid Babayev açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Daxili İşlər Nazirliyinin polis, idarə, şöbə və bölmələrində bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib, bu kimi tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra Ombudsmanın əməkdaşı Asiman Abbasov müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin maddi-məişət təminatı və bu sahədə beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə məlumat verərək bildirib ki, cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxslərin polis orqanının nəzdində olan müəssisələrdə saxlama normaları, saxlanılma qaydaları, saxlanılanların hüquq və vəzifələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 14 yanvar 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları" və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 22 may 2012-ci il tarixli qanunu ilə tənzimlənir.
Asiman Abbasov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Preventiv qrupun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən müvəqqəti saxlama yerlərinə daxil ola, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşə və söhbət edə, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış ola və surətlərini ala, akt tərtib edə, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdıra bilərlər.
Müvəqqəti Saxlama Yerinin rəisi İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Preventiv qrupun üzvlərinin təxirə salınmadan qəbul olunmasını, eləcə də saxlanılan şəxslərlə görüşmələrini və təkbətək söhbət etmələrini, habelə onların saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olmalarını və surətlərini almalarını dərhal təmin etməlidir.
Daha sonra məruzəçi mövzu ilə bağlı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin, həmçinin "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları"nın müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
07.09.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).