7:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri hansılardır.?
 
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının övladlarının (18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək); ata, ana, ər, arvadın bu Qanuna uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II dərəcə əlilliyi olan şəxsdirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacının vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
 
 
 
13.09.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).