3:23 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
 
Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə N saylı sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı İlkinMahmudov və N saylı zastavaların çavuş və əsgər heyəti iştirak edib.
 
 
Tədbirləri giriş sözü ilə Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı İlkin Mahmudov açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib, bu kimi tədbirlər hərbi qulluqçuların hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov çıxış edərək Azərbaycan Respublikasının dövlət sərhədlərinin yaranıb formalaşmasının uzun bir tarixi-siyasi proseslərdən keçdiyini diqqətə çatdırıb, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunun tələbləri barədə tədbir iştirakçılarına məlumat verib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiyasının preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq Azərbaycan xalqının bəyan etdiyi ülvi niyyətlər sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
"Dövlət sərhədi dedikdə dövlətin ərazisinin hədlərini müəyyən edən xətt və həmin xətt üzərində yerləşən şaquli səth başa düşülür" deyə tədbir iştirakçılarına məlumat verən məruzəçi vurğulayıb ki, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur.
Ombudsmanın əməkdaşı çıxışında Azərbaycan Respublikasının dövlət sərhədinin Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə, Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədlərinin isə dövlətlərarası müqavilələrlə müəyyən edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra davam etdirilən hüquqi maarifləndirmə tədbirlərində məruzəçi "Hərbi xidmətlə əlaqədar olaraq hərbi qulluqçuların hüquqlarının məhdudlaşdırılması" və "İnformasiya əldə etmək hüququ və yayılması qadağan edilən informasiyalar" mövzularında tədbir iştirakçılarına ətraflı məlumat verib.
 
 
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
16.09.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).