13:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Daşınmaz əmlak özgəninkiləşdirildikdə hansı məbləğdə dövlət rüsumu ödənilir.?
 
Mülki qanunvericiliyə görə daşınmaz əmlak yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər, yəni torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalardır. Daşınmaz əmlakın yaxın qohumların - ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının xeyrinə özgəninkiləşdirilməsi (alqı-satqısı, bağışlanması və sair) müqaviləsinin notarius tərəfindən təsdiqinə görə 20 manat məbləğində dövlət rüsumu ödənilir. Daşınmaz əmlakın kənar şəxslərin, yəni yaxın qohum olmayan şəxslərin xeyrinə özgəninkiləşdirilməsi (alqı-satqısı, bağışlanması və sair) müqaviləsinin notarius tərəfindən təsdiqinə görə isə 250 manat məbləğində dövlət rüsumu ödənilir. Qanunda nəzərdə tutulmuş 250 manat dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.
 
 
 
18.09.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).