17:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikanın cəzaçəkmə müəssisələrində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
 
Senytabr ayının 22-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan müəssisələrdə hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisələrdə cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətin əməkdaşı Əli Rəhimov açaraq Ombudsman təsisatı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin məhkumların islah olunmasında, o cümlədən onların və müəssisə əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını diqqətə çatdırıb.
Daha sonra Ombudsmanın əməkdaşı Asiman Abbasov cəzanın icrası qaydalarının qərəzli pozulması barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qeyd olunub ki, cəzaların icrası və çəkilməsi zamanı məhkumlar Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına riayət etməlidirlər. Məhkumlar Cəzaların İcrası Məcəlləsinin, habelə ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə riayət etməli, cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirməli, müəssisənin işçi heyətinə və cəzaçəkmə müəssisəsinə baş çəkən şəxslərə, habelə digər məhkumlara qarşı nəzakətlə davranmalı, qanunla müəyyən edilmiş qaydadalara əməl etməlidirlər.
Diqqətə çatdırılıb ki, məhkumlar üzərlərinə düşən vəzifələri, habelə cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
Daha sonra davam etdirilən hüquqi maarifləndirmə tədbirində məruzəçi "Təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və bu sahədə məhkəmə təcrübəsi" mövzusunda tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
22.09.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).