16:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmələr sentyabr ayı ərzində də davam etdirilib.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna uyğun olaraq Müvəkkil muxtar respublikada preventiv mexanizmin funksiyalarını cari ilin sentyabr ayı ərzində də davam etdirib.
Belə ki, Müvəkkilin Preventiv qrupu başçəkmələr cədvəlinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan müəssisələrdə, həmçinin Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan Naxçıvan Qarnizon Hauptvaxtında əvvəlcədən xəbərdarlıq etmədən bir sıra başçəkmələr həyata keçirib.
Başçəkmələr zamanı Ombudsmanın Preventiv qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, bütün kameralara baxış keçirilib, qida təminatı, tibbi xidmətin və asudə vaxtın təşkili, görüş, telefon danışığı və digər hüquqların beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin saxlanılan şəxslərlə həyata keçirilən görüş zamanı onlara Müvəkkilin səlahiyyətləri və Müvəkkilə müraciət etmə qaydası, preventiv mexanizm funksiyaları, o cümlədən onların hüquq və vəzifələri izah edilib və hüquqi məsləhətlər verilib.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməyib.
 
29.09.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).