0:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Sosial qayğıya ehtiyacı olan şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
 
Muxtar respublikada sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Belə ki, sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Müvəkkilin Preventiv qrupu cari ilin sentyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ordubad şəhər tam orta İnternat məktəbində olub.
Başçəkmə zamanı Preventiv Qrup tərəfindən yaradılan şəraitlə bağlı müəssisənin yataq və tibb otaqlarına, siniflərinə, yeməkxanalarına, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və sosial qayğıya ehtiyacı olan şəxslərin digər hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin, başçəkmə zamanı sosial qayğıya ehtiyacı olan şəxslərlə hüquqi maarifləndirici söhbətlər aparılıb, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanunun tələbləri, Müvəkkilin səlahiyyətləri və müraciət etmə qaydası, Müvəkkilin hüquq və vəzifələri izah edilib, onlara hüquqi məsləhətlər verilib.
Sosial qayğıya ehtiyacı olan şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
 
29.09.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).