17:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizatın formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarı qısamüddətli mənfi təsirlərdən qorumaq məqsədilə qərara alıram:
1. "Naxçıvan Meyvə Tərəvəz Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında "Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxs (bundan sonra-Agentlik) yaradılsın.
2. Dövlət Taxıl Fondu Agentliyin sərəncamına verilsin.
3. Müəyyən edilsin ki, Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə strateji əhəmiyyətli mallarla təchizatı təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən publik hüquqi şəxsdir.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
4.1. Agentliyin nizamnaməsinin və strukturunun layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
VASİF TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
 
Naxçıvan şəhəri, 14 oktyabr 2021-ci il
15.10.2021
 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).