18:23 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Cəzaçəkmə müəssisələrində hüquqi maarifləndirmə tədbiri həyata keçirilib.
 
Oktyabr ayının 22-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində müxtəlif mövzularda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisələrdə cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətin əməkdaşı Əli Rəhimov açaraq Ombudsman təsisatı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin məhkumların islah olunmasında, o cümlədən onların və müəssisə əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını diqqətə çatdırıb.
Daha sonra Ombudsmanın əməkdaşı Asiman Abbasov "Məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşü", "Məhkumların əməyə cəlb olunması və pensiya təminatı" və "Məhkumların ərizə, şikayət və təkliflərinə baxılması qaydası" mövzularında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasov məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşü barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, cəzaların icrası və çəkilməsi zamanı məhkumların ən mühüm hüquqi təminatlarından biri onların xarici aləmlə əlaqələridir. Belə əlaqələr onların qohumları, vəkilləri və digər şəxslərlə görüşləri, habelə telefon danışıqları vasitəsilə təmin olunur. Məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşü Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə və Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına riayət edilməklə həyata keçirilir.
Məhkumların əməyə cəlb olunması və pensiya təminatı barədə çıxış edən məruzəçi bildirib ki, hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidir.
Həmçinin natiq vurğulayıb ki, məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər. Yazılı ərizə, şikayət və təkliflər ünvan sahibinə müdiriyyət vasitəsi ilə göndərilir. Məhkumların təklif, ərizə və şikayət göndərdiyi orqan və ya vəzifəli şəxslər onlara qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmalı və nəticəsi barədə məhkuma yazılı məlumat verməlidirlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
22.10.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).