13:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb.

 
Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ali Məclisin Sədri ikitərəfli əlaqələrdən bəhs etmiş, 2018-ci ildə İndoneziya nümayəndə heyətinin Naxçıvan İslam Mədəniyyətinin Paytaxı tədbirlərində iştirakını, eləcə də İndoneziya səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfərlərini xatırlatmışdır. İkinci Qarabağ müharibəsində İndoneziyanın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan Ali Məclisin Sədri keçirilən səmərəli görüşlərin bundan sonra da əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini diqqətə çatdırmışdır.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən Hildi Hamid muxtar respublikada olmaqdan şərəf duyduğunu və Naxçıvanın hərtərəfli inkişaf etdiyini bildirmiş, bunu ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı kimi dəyərləndirmişdir. Səfir muxtar respublika ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini və burada görülən işləri təcrübə mübadiləsi aparılmaqla İndoneziyada tətbiq etmək istədiklərini qeyd etmişdir.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
22.10.2021
 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).