15:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçular hərbi intizama ciddi riayət etməyə borcludurlar.
 
Oktyabr ayının 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Vüsal Abdullayev və hərbi hissənin zabit, çavuş və əsgər heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Vüsal Abdullayev açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş hüquqi maarifləndirilmə tədbirlərinin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb, hərbi xidmətin hüquqi əsaslarının gənc əsgərlərə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasovun "Əmri icra etməmə cinayəti və məsuliyyət" mövzusunda çıxışı dinlənilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçularının hərbi vətənpərvərlik tərbiyəsi ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri ruhunda həyata keçirilir.
Bildirilib ki, hərbi qulluqçular Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrdə müəyyən olunmuş hərbi intizama ciddi riayət etməlidirlər. Hərbi intizamın əsas məqsədi hərbi tapşırığı yerinə yetirənlərin razılaşdırılmış vahid fəaliyyətinin təşkil olunub həyata keçirilməsini təmin etməkdən ibarətdir. İstər cinayət qanunvericiliyi, istərsə də hərbi nizamnamələr çərçivəsində hərbi xidmət əleyhinə olan qanunazidd əməllərin müəyyən edilib cəzalandırılmasının şərtləndirilməsi hərbi intizamın möhkəmləndirilməsinə xidmət edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328-ci maddəsinə əsasən rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə mühüm zərər vurduqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vurğulanıb ki, eyni əməllərin bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi və yaxud ağır nəticələrə səbəb olması beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Daha sonra məruzəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət və İntizam Nizamnamələrin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
27.10.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).