10:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan şəhər Polis İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Polis İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Naxçıvan şəhər Polis İdarəsin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilən hüquqi marifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasovun "Polis tərəfindən azadlıq hüququnun məhdudlaşdırılmasının hüquqi əsasları" mövzusunda çıxışı dinlənilib.
Ombudsmanın əməkdaşı çıxışında qeyd edib ki, azadlıq hüququ cəmiyyətin sosial-iqtisadi əsasları ilə müəyyən edilən, normativ hüquqi aktlarda öz əksini tapan və təmin edilən, başqalarının və cəmiyyətin azadlığını pozmamaq şərti ilə sosial normalar çərçivəsində vətəndaşların öz arzularına və iradəsinə görə davranmaq imkanlarıdır.
"Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində təsbit olunmuş azadlıq hüququ mahiyyət və məzmun etibarı ilə beynəlxalq hüquqi aktlara uyğun müəyyən edilmişdir" deyə çıxış edən məruzəçi bildirib ki, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
Diqqətə çatdırılıb ki, qanunvericiliyə əsasən hər hansı şəxsin azadlıq hüququnun məhdudlaşdırılması müddətləri inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyi ilə, cinayətin törədilməsi ilə əlaqədar isə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyənləşdirilir.
Vurğulanıb ki, hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməli, tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin etməlidir.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
28.10.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).