15:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Sərəncamın icrasına uyğun olaraq, oktyabrın 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) kollektivi muzey günləri çərçivəsində Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar.
 
 
Muzeylə tanışlıq zamanı bildirilib ki, 1982-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılan qalereya 2000-ci ildən fəaliyyətini Heydər Əliyev Sarayında davam etdirir.
Muzeyin bələdçisi muzey haqqında məlumat verərək diqqətə çatdırıb ki, hazırda qalereyanın fondunda portret, mənzərə janrlarında əsərlər, toxuma işləri, büstlər olmaqla ümumilikdə 500-ə yaxın sənət əsəri mühafizə olunur. Qalereyanın fondunda naxçıvanlı rəssamlarla yanaşı, Azərbaycanın digər bölgələrindən olan rəssamların, həmçinin əcnəbi rəssamların da əsərləri nümayiş etdirilir.
Muzeydə nümayiş olunan Azərbaycanın xalq rəssamlarının əl işlərinin toplandığı ekspozisiya zalında yağlı boya ilə kətan üzərində işlənən "Ulu öndər", "Zərifə Əliyeva", "21-ci əsr - Heydər Əliyev" əsərləri Təsisatın əməkdaşları tərəfindən maraqla izlənilib.
Sonra Ombudsmanın kollektivi muzeyin eksponatları ilə yaxından tanış olublar.
 
01.11.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).