19:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Mediasiya nədir və mediasiya xidmətinə görə haqq ödənilirmi.?
 
Mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunvericiliklə müəyyən olunan prosesdir. Mediasiya mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.
Mediator və ya mediasiya təşkilatı mediasiya prosesi başlanmazdan əvvəl mediasiya sessiyasında iştirak edən tərəflərə öz xidmət haqqı və xərcləri barədə məlumat verməli və "mediasiya prosesinin tətbiqi barədə müqavilə" bağlandığı ana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini ödənişsiz izah etməlidir.
 18.11.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).