9:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Mediasiya prosesi hansı qaydada və müddətdə həyata keçirilir.?
 
Mediasiya prosesi tərəflər arasında bağlanılan "mediasiya prosesinin tətbiqi barədə müqavilə" əsasında və ya "Mediasiya haqqında" Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq kommersiya mübahisələri, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir.
 
 
Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədilə həyata keçirilir.
Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir. Mediasiya prosesi tərəflərin qarşılıqlı razılıq əsasında müəyyən etdiyi dildə aparılır.
Mediasiya prosesi baxılan hər bir mübahisə ilə bağlı işin halları, tərəflərin istəkləri, mübahisənin tez həll edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir.
Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq, tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinədək uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla, "mediasiya prosesinin tətbiqi barədə müqavilə" ilə müəyyən olunur.
Tərəflər mediasiya nəticəsində barışıq əldə edirlərsə, tərəflər arasında yazılı formada barışıq sazişi bağlanılır.
Əgər ilkin mediasiya sessiyasında iştirak tələb edilən hallarda tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və "İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi" ilə bağlı arayışı tərəflərə təqdim edir.
 
26.11.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).