16:14 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Noyabr ayı ərzində bir sıra sosial müəssisələrə başçəkmələr həyata keçirilib.
 
Muxtar respublikada sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Belə ki, sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Müvəkkilin Preventiv qrupu cari ilin noyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində və Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olub.
Başçəkmələr zamanı Preventiv Qrup tərəfindən əhalinin müxtəlif sosial qruplarının saxlanma şəraiti ilə bağlı müəssisələrinin palata və şöbələrinə, yataq və tibb otaqlarına, siniflərə, yeməkxanalarına, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin və asudə vaxtın təşkili və digər hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin, başçəkmələr zamanı sosial qayğıya ehtiyacı olan şəxslərlə hüquqi maarifləndirici söhbətlər aparılıb, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanunun tələbləri, Müvəkkilin səlahiyyətləri və müraciət etmə qaydası, Müvəkkilin hüquq və vəzifələri izah edilib və onlara hüquqi məsləhətlər verilib.
Sosial qayğıya ehtiyacı olan şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
 
29.11.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).