4:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikada qeyri-hökumət təşkilatlarının fəaliyyəti diqqət mərkəzində saxlanılır.
 
Dekabrın 8-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu" mövzusunda seminar keçirilib.
 
 
Seminarda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Rəmzi Həsənov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Zülfü İsmayılov, Həbibə Əliyeva, Reyhan Sadiqova və muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Seminarı giriş sözü ilə Ədliyyə Nazirliyinin əməkdaşı Zülfü İsmayılov açaraq bildirib ki, ölkəmiz dövlət müstəqilliyini qazandıqdan sonra vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqədar zəruri qanunvericilik bazası yaradılıb, müasir dövrdə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilib.
Sonra seminarda Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov "Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hüquqi aspektləri" mövzusunda çıxış edərək bildirib ki, qeyri-hökümət təşkilatları hökümətdən asılı olmayaraq fəaliyyət göstərən, özünü vətəndaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər, komitələr, fondlar, institutlar və digər təşkilatların şəbəkələridir. Qeyri-hökümət təşkilatlarının fəaliyyəti qeyri-kommersiya məqsədləri daşıyır və humanitar, təhsil, səhiyyə, ictimai-siyasi, sosial, insan hüquqları və ətraf mühitin qorunması sahələrini əhatə edir. Çağdaş dövrümüzün ictimai təsisatları olaraq, qeyri-hökumət təşkilatları hüquqi dövlət quruculuğu, ictimai-siyasi həyatın dåmīkratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qīrunması, cəmiyyətdə harmīnik və sabit inkişafın təmin ådilməsində əhəmiyyətli rol oynayırlar.
Qeyd olunub ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaradılmasının hüquqi qaydaları və fəaliyyəti "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanuna görə, Azərbaycan Respublikasında "qeyri hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar aid edilir.
A.Abbasov çıxışında vurğulayıb ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda qeyri-hökumət təşkilatlarının yaradılması, onların hakimiyyət orqanları ilə münasibətləri, həmçinin qeyri-hökumət təşkilatlarının fəaliyyəti, yenidən təşkili və ləğv edilməsi qaydaları, onların idarə olunmasının əsas prinsipləri öz əksini tapıb.
Məruzəçi çıxışına əlavə edərək qeyd edib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, ictimai həyatın demokratikləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməkdədir. Belə ki, muxtar respublikamızda bütün sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti institutlarına da xüsusi diqqət və qayğı göstərilir və bu sahədə təqdirəlayiq addımlar atılır. 16 may 2009-cu il tarixdə "Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Ali Məclisin Sədrinin Fərmanı bunun bariz nümunəsidir. Bu gün muxtar respublikamızda müxtəlif sahələri əhatə edən qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.
Sonra seminarda Ədliyyə Nazirliyinin əməkdaşı Həbibə Əliyevanın "Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliklə müəyyənləşdirilən tələblər" və Reyhan Sadiqovanın "Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasında həyata keçirilən tədbirlər" mövzusunda çıxışları dinlənilib.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
08.12.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).