5:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

10 dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür.
 
1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada "İnsan Hüquqları Günü" kimi qeyd olunur.
Bu münasibətlə dekabrın 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin işçi heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib, bu kimi tədbirlər tibb işçilərinin hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Vahidə Bayramovanın "Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquqlarının inkişafında rolu" mövzusunda çıxışı dinlənilib.
Qeyd edilib ki Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini, üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət göstərilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərdə tutur.
Vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Komissiyasının 17 aprel 1998-ci il tarixli qətnaməsində göstərilir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bütün ölkələr və xalqlar üçün ümumi etalon qismində qəbul olunur və gələcək təkamül üçün əsas sayılır. Həmin qətnaməyə görə dövlətlərə tövsiyə edilir ki, insan hüquq və azadlıqlarının tam həcmdə həyata keçirilməsi məqsədilə beynəlxalq əməkdaşlığı genişləndirməli və milli səviyyədə səylər gücləndirilməlidir.
Ombudsmanın əməkdaşı çıxışında bildirib ki, Bəyannamənin qəbulu beynəlxalq münasibətlərin inkişafında yeni mərhələ olmaqla yanaşı, insan hüquqlarına dair qəbul edilmiş digər beynəlxalq sənədlərə və dövlətlərin daxili qanunvericiliyinin inkişafına öz təsirini göstərib.
Çıxışının sonunda məruzəçi əlavə edib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi beynəlxalq insan hüquqları hüququnun, habelə bütövlükdə beynəlxalq hüququn inkişafında misilsiz rol oynayıb. Bəyannamənin yaradıcı qüvvəsi sayəsində insan hüquqlarının təşviqində və müdafiəsində əhəmiyyətli tərəqqi əldə olunub. Bu gün birmənalı demək olar ki, beynəlxalq səviyyədə insan hüquqlarının məzmununu müəyyənləşdirmək üçün müraciət edilən ilk sənəd məhz Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
10.12.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).