6:06 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın əməkdaşları tərəfindən hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
 
Dekabrın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müvəqqəti Saxlama Yerində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Samiq Məmmədov və Müvəqqəti Saxlama Yerinin sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Samiq Məmmədov açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilən hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasovun "İnsan hüquqları kontekstində işgəncəyə məruz qalmamaq hüququ" mövzusunda çıxışı dinlənilib.
Qeyd olunub ki, "İşgəncələrə və digər qəddar, pis, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı" Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 1-ci maddəsinə əsasən işgəncə dedikdə, hər hansı bir şəxsə ondan və ya başqa şəxsin məlumat almaq, yaxud onun etirafına nail olmaq, onu və ya başqa şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu və ya başqa şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud da onların təhriki və ya onların bixəbərliyi, yaxud göz yumması ilə hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan istənilən səbəbə görə qəsdən güclü fiziki, yaxud mənəvi ağrı və əzab yetirən hərəkətlər nəzərdə tutulur.
Məruzəçi vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci il tarixdə qəbul edilmiş "İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə"nin 5-ci maddəsinə əsasən heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftar və cəzaya məruz qalmamalıdır. Həmçinin bu müddəa "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 7-ci, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsində də öz əksini tapmışdır.
Son illər ərzində respublikamız tərəfindən bu istiqamətdə çoxsaylı beynəlxalq müqavilələr, o cümlədən 31 may 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Birləşmiş Millətlər Təşkilatının "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası", həmçinin 25 dekabr 2001-ci il tarixli qanunla "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyası və onun 1 və 2 saylı Protokolları ratifikasiya edilmişdir. Ölkədə işgəncə və digər pis rəftar hallarına qarşı aparılan mübarizədə növbəti məqam kimi, 02 dekabr 2008-ci il tarixdə "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun ratifikasiya edilməsi çıxış etmişdir. Bu konvensiyaların həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən bir sıra normativ sənədlər imzalanmışdır.
Vurğulanıb ki, mövcud hüquq müdafiə vasitələri ilə yanaşı, işgəncələrə qarşı mübarizə dövlətin başlıca vəzifələrindən biri hesab olunur. Məhz buna görə də milli qanunvericilikdə işgəncənin istənilən forması qadağan olunur və onun nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər nəzərdə tutulur.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
15.12.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).