13:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Mülki hüquq pozuntusu nədir?.
 
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülki hüquq pozuntusu və ya delikt (latınca "delictun" - hüquq pozuntusu) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl, yəni hərəkət və ya hərəkətsizlikdir.
Zərər vuran şəxs mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzini tam həcmdə ödəməyə borclu olur, zərərçəkən şəxs isə ona vurulmuş zərərin ödənilməsini tələb etmək ixtiyarına malikdir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
 
15.12.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).