8:23 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Dövlət Yol Polisi İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Dövlət Yol Polisi İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasov, Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Dövlət Yol Polisi İdarəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Nihad Sadıxov açaraq polis əməkdaşlarının hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışıb.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasovun "İctimai təhlükəsizliyin qorunmasında yol polisi əməkdaşının vəzifələri" mövzusunda çıxışı dinlənilib.
Qeyd olunub ki, qanunvericiliyə əsasən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi polisin fəaliyyətinin əsas istiqamətlərindəndir.
Məruzəçi vurğulayıb ki, yol hərəkətini tənzimləmək, yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək, ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlığa qarşı mübarizə tədbirlərində iştirak etmək, yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı inzibati xəta haqqında protokol tərtib etmək və ya səlahiyyəti daxilində qərar vermək, inzibati məsuliyyətə cəlb olunmuş şəxslərin uçotunu aparmaq, yol hərəkəti ilə bağlı həyata keçirilən tədbirlərdə iştirak etmək və s. yol patrul xidmətinin əsas vəzifələri sırasına daxildir.
Qeyd olunub ki, qanunvericilikdə bu vəzifələrin müəyyən edilməsi yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətinin təşkil edilməsinə, yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının, ətraf mühitin və mülkiyyət formasından asılı olmayaraq fiziki və hüquqi şəxslərin əmlakının mühafizəsinin təmin edilməsinə, yol nəqliyyat hadisələrinin qarşısının alınmasına, onların ağırlıq dərəcələrinin aşağı salınmasına, o cümlədən yol polisinin fəaliyyətinin qanunvericiliyə uyğun qurulmasına xidmət edir.
Daha sonra məruzəçi ictimai təhlükəsizliyin qorunmasında yol polisi əməkdaşının vəzifələrinə dair mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
16.12.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).