6:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquq və mənafelərinin müdafiəsi neçə həyata keçirilir?.
 
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həyata keçirilir.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar aşkar edildikdən sonra yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla 1 (bir) ay müddətində həmin uşaqların Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq yerləşdirilməsini (övladlığa vermə istisna olmaqla) təmin edir.
 
23.12.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).